Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Bu mexanizm vəzifəli adamların canına, qanına hopub" - Qulu Məhərrəmli 

“Pulla vəzifəyə adam qoymaq uzun müddət işlənmiş bir mexanizmdir və bu mexanizm vəzifəli adamların canına, qanına hopub”...

PİA.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, professor Qulu Məhərrəmli deyib. Q.Məhərrəmli ciddi islahatların aparılmasının vacibliyini vurğulayıb:

“Cəmiyyətdə uzun müddət mənimsəmə, dövlət büdcəsinə xain münasibət, ələ düşən hər fürsətdə şəxsi maraqlarını güdmək artıq bir tərzə, normaya çevrilib. Pulla vəzifəyə adam qoymaq uzun müddət işlənmiş bir mexanizmdir və bu mexanizm vəzifəli adamların canına, qanına hopub. Ona görə də karantin rejimi, koronavirus pandemiyası bu gün onların heç də düşüncəsini dəyişmir. Çünki bu düşüncə, o tərz, əxlaq o cür də daşlaşıb.

Ona görə də məmurları çox maraqlandırmır əhali üçün yardım hansı fonddan gəlib, onun üçün bir amil var ki, istənilən situasiyada öz şəxsi maraqlarını təmin etsin. Ona görə də Heydər Əliyev Fondu tərəfindən xalqa göndərilən yardımı rayonlarda icra hakimiyyətləri və icra nümayəndələri yeyirlər, dövlətin ayırdığı pulu mənimsəyirlər. Bütün bunların hamısı bir mexanizm şəkli alıb, bu isə çox biabırçı vəziyyətdir.

Bu gün hamımız Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı əməliyyatları görürük, amma həmin adamlar bundan nəticə çıxarmır, həyatları, taleləri üçün də təhlükə hiss etmirlər. Çünki buna vərdiş ediblər, bunları müdafiə edən güvənli bir mexanizm var. Bu gün həmin mexanizm sökülür, onları müdafiə edən adamları vəzifədən çıxarırlar, amma anlamırlar ki, indi vəziyyət dəyişir, cinayətə yol vermək olmaz.

Ona görə də hesab edirəm ki, görülən tədbirlər öz təsirini göstərir, bu başqaları üçün bir dərsdir, amma bütün bunlara baxmayaraq hər kəs əlinə düşən fürsətdən istifadə etməyə çalışır. Bunun özü isə qorxuludur. Bu isə o deməkdir ki, idarəetmədə ciddi islahatlar getməlidir, sturuktur dəyişmələri olmalıdır.

İnsanların da psixologiyasında dəyişmə olmalıdır ki, əgər belə olmasa, cəmiyyət məhvə məhkumdur. Yaxşı ki, bu addımlar atılır, insanlar nə baş verdiyini görür. Amma təəssüf ki, bu köhnə beyinlər, qafalar bu tərzdən əl çəkmək istəmirlər. Onlar elə düşünürlər ki, bu dalğa keçdisə, təhlükə sovuşdu, yenidən başlayırlar öz əməllərini davam etdirməyə. Görülən tədbirlər davamlı və daha təsirli olmalıdır. İnsanlar bilməlidirlər ki, rüşvət, korrupsiya, vəzifədən sui-istifadə yığışdırılmalıdır. Çünki bunlar cəmiyyəti məhvə aparır, ictimai psixologiyanı pozur”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar